Kerolayn Levitt Ağ Evin mətbuat katibi vəzifəsini tərk edir

Kerolayn Levitt Ağ Evin mətbuat katibi vəzifəsini tərk edir

14:17
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Trampın elan etdiyinə görə, Ağ Evin mətbuat katibi Kerolayn Levitt avqustun sonunda vəzifəsindən gedəcək. Oxuməni.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Trampın özünün "ən etibarlı köməkçilərindən biri" adlandırdığı Levitt ailəsi və azyaşlı uşaqları ilə daha çox vaxt keçirmək üçün vəzifəsindən ayrılmaq qərarına gəlib. Prezident sosial şəbəkələrdə bu qərarı "tamamilə başa düşdüyünü və hörmətlə qarşıladığını" yazıb.

"Bundan sonra Kerolayn mənim əsas xarici müşavirlərimdən biri və Respublikaçılar Partiyasında nüfuzlu bir səs olacaq", - deyə Tramp qeyd edib.

Levitt Ağ Evin mətbuat katibi vəzifəsinə 2025-ci ilin yanvarında gəlib. O zaman 27 yaşı olan Levitt Amerika administrasiyası tarixində ən gənc mətbuat katibi olmuşdu. Onun yerinə kimin keçəcəyi hələlik məlum deyil.

Levitt, həmçinin Trampın 2024-cü il seçki kampaniyasının mətbuat katibi olub. O, Tramp tərəfdarlarını birləşdirən MAGA (Make America Great Again - Amerikanı yenidən böyük edək) hərəkatının ən görkəmli nümayəndələrindən biri hesab olunur.

Trampın qatı tərəfdarı olan Levitt "X" sosial şəbəkəsində yazıb ki, Ağ Evdə işləmək onun üçün "şərəf və ömürlük bir macəra" olub.

"Ana olmaq, yenidoğulmuş uşağı böyütmək və eyni zamanda dünyanın ən tələbkar vəzifələrindən birində çalışmaq — yumşaq desək, həyatımın ən gərgin və çətin, lakin eyni zamanda ən xoşbəxt dövrü idi", - deyə o yazıb.

Ağ Evdə işlədiyi müddətdə Levittin jurnalistlərlə münasibətləri bəzən gərgin olub. O, bəzi media nümayəndələrini qərəzlilikdə və sol siyasi baxışlara rəğbət bəsləməkdə ittiham edirdi.

Almaz Həsənli