Qrossi: BMT yavaş-yavaş ölür, dəyişikliklərə ehtiyac var

Qrossi: BMT yavaş-yavaş ölür, dəyişikliklərə ehtiyac var

12:00
Bəyəndim (1) Bəyənmədim (0)


IAEA rəhbəri və BMT Baş katibi namizədi Rafael Qrossi 13 avqustda təşkilatın tədricən təsirini itirdiyini və dəyişikliyə ehtiyac duyduğunu bildirdi. Oxuməni.az xəbər verir ki, bununla bağlı Financial Times qəzetinə açıqlamasında Qrossi deyib:

"BMT-nin ölümü dərhal baş tutmayacaq. Düşünürəm ki, bu, daha çox bir növ yavaş ölüm məsələsidir. BMT öz aktuallığını itirir, yeni böhranların qarşısını ala bilmir, dövlətlərarası müharibələrin həllinə əhəmiyyətli töhfə vermir".

O, həmçinin təşkilatın sosial sahədə və iqlim dəyişikliyi ilə mübarizədəki fəaliyyətindən məyus olduğunu bildirib.

Qrossi qeyd etdi ki, BMT-nin Baş katibi seçiləcəyi təqdirdə, təşkilatın təkrarlanan strukturlarını azaltmaq da daxil olmaqla, islahatlar həyata keçirmək niyyətindədir. O, bildirib ki, Baş katibin münaqişələrin həllində daha aktiv rolunu, o cümlədən qarşı tərəflərin liderləri ilə birbaşa danışıqlar yolu ilə bərpa etmək lazımdır.

BMT Təhlükəsizlik Şurasının üzvləri namizəd seçmək üçün ilkin səsvermə keçirirlər və sonra namizəd Baş Assambleyaya tövsiyə olunmalı və Baş katibi rəsmi olaraq təyin etməlidir. Hazırkı BMT rəhbəri António Quterreşin ikinci səlahiyyət müddəti 31 dekabr 2026-cı ildə başa çatacaq.

Əziz MUSTAFA