NATO Kosovodakı hərbi mövcudluğunu azaltmağa başlayıb
NATO "təhlükəsizlik vəziyyətinin yaxşılaşması" səbəbindən Kosovodakı hərbi mövcudluğunun həcmini azaltmağa başlayıb. Oxuməni.az xəbər verir ki, bu barədə Alyansın sözçüsü Allison Hart X-də bildirib.
O qeyd edib ki, "bütün müvafiq qurumlar və tərəflərlə sıx məsləhətləşmələr apararaq hərbi mövcudluğumuzu tənzimləməyə başlamışıq".
Hart izah edib ki, regionda NATO qüvvələrinin azaldılması "əhəmiyyətli dərəcədə yaxşılaşmış" "mövcud təhlükəsizlik mühitinə" uyğunlaşmalıdır. O əlavə edib ki, bu proses geriyə dönə bilər və blok zəruri hesab edərsə, NATO-nun regiondakı mövcudluğu istənilən vaxt yenidən genişləndirilə bilər. Hart ixtisarların miqyası və ya vaxtı barədə heç bir rəqəm açıqlamayıb.
NATO əvvəllər Kosovodakı missiyasını 2027-ci ildə azaltmağa başlamaq niyyətində olduğunu bildirmişdi. Hazırda onun tərkibində 31 ölkədən təxminən 4600 əsgər var.
Əziz Mustafa
























.jpg)


























































