İran 15 000 km mənzilli ballistik raket yaradır

İran 15 000 km mənzilli ballistik raket yaradır

12:28
Bəyəndim (0) Bəyənmədim (0)

İran raketlərinin mənzilini 15 000 kilometrə çatdırmağa hazırlaşır – bu, Birləşmiş Ştatların kontinental hissəsini vurmaq üçün kifayət edərdi. Bu barədə İranın Ali Rəhbərinin nümayəndəsi Əbdül-Nəbi Musəvi Fərd məlumat verib. Oxuməni.az xəbər verir ki, məlumatı "The Times of India" nəşri yayıb.

Musəvi Fərd, həmçinin İsrailin Baş naziri Binyamin Netanyahunun "qisas alınmasına" və məhv edilməsinə çağırıb və əlavə edib ki, İran raketləri artıq Qüdsə (Yerusəlimə) çatmaq qabiliyyətinə malikdir.

İran artıq Yaxın Şərqdə ən böyük və ən müxtəlif raket arsenalına malikdir – söhbət minlərlə ballistik və qanadlı raketdən gedir. Tehran, həmçinin geniş yeraltı "raket şəhərləri" şəbəkəsi yaradıb. Ölkə pilotsuz uçuş aparatlarını, hipersəs sistemlərini və radioelektron mübarizə vasitələrini fəal şəkildə inkişaf etdirir.

Almaz Həsənli