Suriya Ali Məhkəməsi  keçmiş prezident Bəşər Əsəd haqqında qiyabi  olaraq ölüm hökmü çıxarıb

Suriya Ali Məhkəməsi keçmiş prezident Bəşər Əsəd haqqında qiyabi olaraq ölüm hökmü çıxarıb

19:36
Bəyəndim (1) Bəyənmədim (0)


Suriya məhkəməsi keçmiş prezident Bəşər Əsədi qiyabi olaraq ölüm hökmünə məhkum edib. Oxuməni.az xəbər verir ki, bu barədə Əl-Cəzirə-nin yaydığı məlumatda deyilir.

Məhkəmə Əsədi insanlığa qarşı cinayətlərdə günahkar bilib. Bundan əlavə, Dəraa əyalətinin siyasi təhlükəsizlik şöbəsinin keçmiş rəhbəri Atef Nəcib ölüm hökmünə məhkum edilib.
2024-cü ildə Bəşər Əsəd müxalifətlə danışıqlardan sonra dövlət başçısı vəzifəsindən istefa verib və hakimiyyətin dinc yolla ötürülməsini əmr edərək ölkəni tərk edib. Suriya İnqilabi və Müxalifət Qüvvələrinin Milli Koalisiyası keçid hakimiyyətinin formalaşdırılması üzərində işlədiyini açıqladı.

22 dekabr 2025-ci ildə The New York Times qəzeti Əsədin ailəsinin Moskvada yaşadığını, onun "Moscow City Hotel"in 62-ci mərtəbəsindəki restoranda görüldüyünü bildirdi. 28 yanvar 2026-cı ildə Kremlin sözçüsü Dmitri Peskov Əsədin vətəninə mümkün ekstradisiyası ilə bağlı şərh verməkdən imtina etdi.

Əziz MUSTAFA