İrəvanda Ermənistanın KTMT-yə qayıtmayacağı açıqlanıb

İrəvanda Ermənistanın KTMT-yə qayıtmayacağı açıqlanıb

16:19
Bəyəndim (1) Bəyənmədim (0)

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində fəaliyyətə qayıtmaq niyyətində deyil. Oxuməni.az xəbər verir ki, “İnterfaks”ın məlumatına görə, bunu ölkənin baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki müqavilə” partiyasının üzvü, Ermənistan parlamentinin deputatı Sarkis Xandanyan bildirib.

“Ermənistanın mövqeyində heç nə dəyişməyib. Ermənistan KTMT-də iştirakını dondurub. Biz geri qayıtmaq üçün yol görmürük. Biz inkişafı izləyəcəyik, KTMT üzrə həmkarlarımızın qərarını nəzərə alacağıq. Lakin düşünmürəm ki, bizi KTMT-də iştirakımızı bərpa etməyə məcbur edə biləcək hər hansı səbəb və ya vəziyyət var”, – Xandanyan çərşənbə axşamı jurnalistlərə deyib.

İyun ayında Paşinyan bəyan etmişdi ki, KTMT-yə üzv ölkələr Ermənistanın təşkilatdan çıxarılması barədə qərar qəbul edərsə, respublika bunu nəzərə alacaq.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, KTMT ölkələri Ermənistanın iki ildən artıq müddətdə üzvlük haqlarını ödəməməsi ilə əlaqədar təşkilatın nizamnaməsinin müvafiq maddəsinin Ermənistana qarşı tətbiq edilməsini nəzərdən keçirmək barədə razılığa gəliblər.

Almaz Həsənli