Çin «Çançjen-7A» daşıyıcı raketinin uğursuz buraxılışını həyata keçirib

Çin «Çançjen-7A» daşıyıcı raketinin uğursuz buraxılışını həyata keçirib

15:43
Bəyəndim (1) Bəyənmədim (0)

Çinin «Çançjen-7A» daşıyıcı raketi Haynan adasındakı Vençan kosmodromundan buraxıldıqdan qısa müddət sonra havada partlayıb. Oxuməni az xəbər verir ki, bu barədə «Sinxua» agentliyi məlumat yayıb.

«The Guardian»ın dəqiqləşdirdiyinə görə, qəza buraxılışdan təxminən 90 saniyə sonra baş verib. Raket «Çjunşin-4B» peykini orbitə çıxarmalı idi. Partlayışın səbəbləri araşdırılır.

«Reuters»in məlumatına görə, bu, «Çançjen-7A» raketinin 2020-ci ilin martında baş tutan ilk uçuşundan sonra altı ildən artıq müddətdə ilk qəzasıdır. Həmin vaxt da nasazlıq missiyanın uğursuzluğuna səbəb olmuşdu.

İyulun əvvəlində Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası «Çançjen-10B» təkrar istifadə edilə bilən raketinin ilk uğurlu sınaqlarının keçirildiyini açıqlamışdı. Raketin sürətləndiricisi ondan ayrıldıqdan sonra idarəolunan şəkildə eniş edərək üzən platformaya qayıtmış və xüsusi tor vasitəsilə tutulmuşdu.

Almaz Həsənli