Tramp Hörmüz boğazının tamamilə minalardan təmizləndiyini elan etdi

Tramp Hörmüz boğazının tamamilə minalardan təmizləndiyini elan etdi

10:42
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının minalardan tamamilə təmizləndiyini və tam Amerika nəzarəti altında olduğunu elan etdi.

Oxumani.az-ın TASS-a istinadən verdiyi məlumata görə, o, bu açıqlamanı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən verib.

Amerika lideri İran limanlarına gedən gəmilər istisna olmaqla, bütün gəmilər üçün açıq olduğunu açıqlayıb.

"Onlar [İran] mina atmağa davam edir. Biz bu minaları tapırıq. Bilirsiniz, biz bütün boğazı təmizlədik. Eşitməmisiniz, amma boğaza 100% nəzarət edirik", - Tramp deyib.

Almaz Həsənli