Dronlar Sibirdə neft-kimya zavoduna zərbə endirib-Video
Ukrayna hərbi dronları Rusiyanın Tümen vilayətinin Tobolsk şəhərindəki Tobolskneftexim neft-kimya zavoduna zərbə endirib. Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı 10 avqust bazar ertəsi günü məlumat verib.
"Zavodun mərkəzi qaz fraksiyalaşdırma qurğusuna (CGFU) (Sibur holdinq şirkətinə məxsusdur - red.) zərbə təsdiqlənib. CGFU-nun gücü ildə təxminən 6,6 milyon ton xammaldır. Qurğu Rusiya Federasiyasının və Avropanın ən böyük neft-kimya zavodlarından birinin istehsal kompleksinin vacib tərkib hissəsidir", - deyə açıqlamada bildirilir.
Zavodun Rusiya hərbi-sənaye kompleksi üçün vacib olan xammal istehsal etdiyi deyilir. Bunlara butadien, izobutilen, malein anhidridi və MTBE (yüksək oktanlı oksigen tərkibli qatqı) daxildir.
"Bu məhsullar raket yanacağı komponentlərinin, aviasiya yanacağının, PUA-lar üçün kompozit materialların və yüksək oktanlı benzinin istehsalında istifadə olunur. Zərərin miqyası müəyyənləşdirilir", - deyə Baş Qərargah əlavə edib.
Yerli hakimiyyət orqanları sənaye obyektlərindən birində yanğın baş verdiyini təsdiqləyib.
"Tümen bölgəsindəki sənaye obyektində bir neçə PUA-nın qəzaya uğraması nəticəsində yanğın baş verib. Hadisə yerində təcili yardım xidmətləri işləyir", - deyə Tümen vilayətinin qubernatoru Aleksandr Mur sosial mediada yazıb.
Sosial mediada dərc olunan video və fotolar zavodun ən azı üç yerdə yanğın baş verdiyini göstərir.
Əziz Mustafa


















































.jpg)































