Husilər Səudiyyə Ərəbistanının Cizan şəhərində Saudi Aramco neft emalı zavoduna zərbələr endiriblər

Husilər Səudiyyə Ərəbistanının Cizan şəhərində Saudi Aramco neft emalı zavoduna zərbələr endiriblər

12:31
Bəyəndim (0) Bəyənmədim (0)

Səudiyyə Ərəbistanının Cizan şəhərində Saudi Aramco neft emalı zavodunda pilotsuz təyyarənin hücumundan sonra yanğın baş verdi. Oxuməni.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin məlumatında deyilir. Öz növbəsində Yəmənin Ənsar Allahın (Husilər)hərbi sözçüsüYəhya Sariyanın sözlərinə görə, pilotsuz təyyarə neft emalı zavoduna "dəqiq zərbə endirib" və hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

O, hücumun Səudiyyə Ərəbistanının Yəmənin Səədə və Həcc əyalətləri üzərindəki pilotsuz təyyarə uçuşlarına cavab olaraq həyata keçirildiyini iddia etdi. Daha əvvəl Səudiyyə Ərəbistanının Energetika Nazirliyi bu səhər zavodun obyektlərindən birində yanğın baş verdiyini təsdiqləsə də, səbəbini açıqlamamışdı.

Gərginləşmə iki tərəf arasında təxminən dörd illik nisbi sakitlikdən sonra baş verdi. Yayda husilər Səudiyyə Ərəbistanını Səna hava limanına edilən hücumlarda günahlandırdılar və bundan sonra yeni bir münaqişə mərhələsi başladı. Buna cavab olaraq hərəkat Səudiyyə Ərəbistanının obyektlərinə bir sıra hücumlar etdiyini iddia etdi.

Əziz MUSTAFA