Suriya hakimiyyəti Latakiya hava limanını və Rusiya Hərbi Hava Qüvvələrinin aviabazasını öz nəzarətinə götürüb
Suriya Mülki Aviasiya və Hava Nəqliyyatı Baş İdarəsi 2015-ci ildən bəri Rusiya Federasiyasının "Hmeymim" aviabazasının yerləşdiyi Latakiya beynəlxalq hava limanını öz nəzarətinə götürüb. Oxuməni az xəbər verir ki, bu barədə qurumun "X" sosial şəbəkəsindəki mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, hava limanının idarəetməsinin təhvil verilməsi Moskva və Dəməşqin Rusiya Federasiyasının Suriyadakı mövcudluğunun yenidən təşkilinə dair memorandum imzalamasından sonra mümkün olub.
Sənədə əsasən, mülki obyektlər Dəməşqin idarəçiliyinə keçməli, Rusiya hərbi bazaları isə birgə Rusiya-Suriya təlim mərkəzlərinə çevrilməlidir.
Qurumdan bildirilib: "[Hava limanının idarəetməsinin təhvil verilməsi] Suriyanın mülki aviasiya obyektlərinin dövlət idarəçiliyinin bərpası və onların istismarı, habelə Suriya hava limanlarının milli mülki aviasiya sisteminə reinteqrasiyası yolunda mühüm addımdır".
Nəşrdə qeyd olunur ki, Suriya hakimiyyəti hava limanı bərpa olunduqdan sonra aviareyslərin xidmətini bərpa edəcək.
Xatırladaq ki, Latakiya beynəlxalq hava limanı 1986-cı ildə açılıb. 2016-cı ilə qədər o, "Hmeymim" hava limanı adlanırdı, Bəşər Əsəd rejiminin 2024-cü ildə süqutuna qədər isə hava limanı Suriyanın keçmiş prezidentinin qardaşı Basil Əl-Əsədin adını daşıyırdı.
Almaz Həsənli

































.jpg)

















































