Kristofer Nolanın “Odisseya” filmi 1 milyard dollar gəlir həddini keçib
Avqustun 7-də Kristofer Nolanın “Odisseya” filminin dünya üzrə kassa gəlirləri nümayişə çıxdıqdan cəmi üç həftə sonra 1 milyard ABŞ dollarını ötüb. Film dünya kinoteatrlarında üstünlüyünü qorumaqda davam edir və yalnız “Hörümçək adam: Yeni gün” filminə uduzur. Oxuməni.az xəbər verir ki, bu barədə “The Hollywood Handle” X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Beləliklə, “Odisseya” 2026-cı ildə 1 milyard dollar həddini aşan beşinci film olub. Bundan əvvəl bu göstəriciyə “Maykl”, “Oyuncaq hekayəsi 5”, “Super Mario: Qalaktik Film” və “Hörümçək adam: Yeni gün” filmləri nail olmuşdu.
Bundan əlavə, “Odisseya” gəlirlərinə görə “Oppenheymer” filmini geridə qoyaraq Kristofer Nolanın karyerasında ən çox gəlir gətirən üçüncü filmə çevrilib. İlk iki yeri isə “Qara cəngavər” və “Qara cəngavər: Əfsanənin dirçəlişi” tutur.
Analitiklərin proqnozuna görə, “Odisseya” ümumilikdə təxminən 1,5 milyard ABŞ dolları gəlir əldə edəcək. Bundan sonra film Nolanın son illərdəki digər ekran işləri kimi ev nümayişi və rəqəmsal platformalarda da böyük uğur qazanacaq.
Bununla belə, filmin 2026-cı ilin ən çox gəlir gətirən ekran əsəri olması gözlənilmir. Bu siyahının zirvəsində “Hörümçək adam: Yeni gün”, ikinci yerdə isə böyük ehtimalla “Qisasçılar: Qiyamət günü” (Avengers: Doomsday) qərarlaşacaq.
Almaz Həsənli







.jpg)











































































