Taylandda şagird məktəbdə atəş açaraq altı nəfəri öldürüb, 15 nəfəri yaralayıb
Taylandın Nontaburi əyalətində məktəbdə şagird atəş açıb. Oxuməni.az xəbər verir ki, bu barədə “Khaosod Online” məlumat verib.
Atışma nəticəsində üç müəllim və üç şagird həlak olub. Daha 15 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.
İlkin məlumatlara görə, hücum edən şagirdin intihar etdiyi iddia olunur.
Atıcının motivi hələ də məlum deyil.
Bu, 2026-cı ilin əvvəlindən bəri Taylandda ən azı ikinci məktəb atışmasıdır. Fevral ayında ölkənin cənubundakı məktəbdə bir şagird direktoru öldürüb, digər iki şagirdi isə yaralayıb. Hücum edən şəxs polis tərəfindən güllələnərək öldürülüb.
Almaz Həsənli
Digər xəbərlər
.jpg)


















































































