Krımda Rusiyanın zenit-raket sistemi və hərbi kranı məhv edilib
2026-cı ilin avqust ayının əvvəlində baş verən əməliyyat zamanı işğalçı yerüstü hədəfləri məhv etmək üçün Magura çoxfunksiyalı dəniz platformalarından istifadə edilib.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi bölməsi olan 13-cü Qrupun əsgərləri müvəqqəti işğal altında olan Krımda işğalçılara məxsus Rusiyanın Pantsir-S1 zenit-raket və top sistemini və hərbi kranı yandırıblar. Məhv edilmiş zenit-raket sisteminin dəyəri 15 milyon dollar qiymətləndirilir. Oxuməni.az-ın yaydığı məlumata görə, bu barədə Baş Kəşfiyyat İdarəsi bildirib.
Qeyd olunur ki, 2026-cı ilin avqust ayının əvvəlində baş tutan əməliyyat zamanı FPV dronlarını daşıyan Magura çoxfunksiyalı dəniz platformalarından işğalçı yerüstü hədəfləri məhv etmək üçün istifadə edilib. Baş Kəşfiyyat İdarəsi xatırladıb ki, 13-cü Qrup operatorları bu yaxınlarda Krımda Podliot radar idarəetmə vasitəsini və Parol 4 radar sorğu cihazını məhv ediblər.
Xatırladaq ki, tammiqyaslı müharibənin başlanğıcından bəri Ukrayna Müdafiə Qüvvələri TOS-1, TOS-1A, TOS-2 və TOS-3 sistemləri də daxil olmaqla 131 Rusiya ağır odsaçan sistemini məhv edib.
Həmçinin bildirilib ki, Pilotsuz Sistemlər Qüvvələri Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş ərazisindəki Primorsk şəhərində Rusiya yanacaq tankerlərinin karvanını məhv edib.
Əziz MUSTAFA



.jpg)















































































