Ukrayna Silahlı Qüvvələri "Wildberries"-in Yekaterinburqdakı anbarına hücum edib
Yekaterinburqda Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hücumundan sonra "Wildberries" anbarında yanğın baş verib. Oxuməni.az xəbər verir ki, bu barədə birləşmiş “RWB” şirkətinin mətbuat xidməti məlumat yayıb.
Şirkətdən bildirilib ki, anbar işçiləri vaxtında təxliyə edilib. Çatdırılmalar digər anbarlara yönləndirilib.
Sverdlovsk vilayətinin qubernatoru Denis Pasler avqustun 7-nə keçən gecə sakinləri regionda PUA təhlükəsi rejimi ilə bağlı xəbərdar edib. O, hücumun nəticələri barədə məlumat verməyib. Gecə saatlarında Koltsovo hava limanında təyyarələrin qəbulu və yola salınması ilə bağlı məhdudiyyətlər tətbiq edilib. Səhərə yaxın məhdudiyyətlər aradan qaldırılıb.
Prezidentin Ural Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi Artyom Joqa Ukrayna PUA-larının Yekaterinburqdakı anbara hücum etdiyini təsdiqləyib. Onun sözlərinə görə, 800 nəfər təxliyə edilib, xəsarət alan olmayıb.
Almaz Həsənli



















































































