Ukrayna 2026-2027-ci illərdə NATO-dan 140 milyard dollar alacaq
NATO-ya üzv ölkələr 2026-cı ildə Ukraynaya hərbi texnika, yardım və təlim üçün 70 milyard avro ayıracaq və 2027-ci ildə də ən azı eyni məbləğdə vəsait ayırmağı planlaşdırır. Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilib.
Bu günə qədər on minlərlə Ukrayna hərbçisi NATO-ya üzv dövlətlərin həyata keçirdiyi proqramlarda iştirak edib. NATO-nun Ukrayna üçün Təhlükəsizlik və Təlim Təşəbbüsü (NSATU) bu səyləri əlaqələndirməyə kömək edir. Alyans boyu Ukrayna hərbçiləri müxtəlif istiqamətlərdə - döyüş taktikası, tibbi yardım, hava hücumundan müdafiə üzrə təlim keçir.
"İndi Ukraynada dəstək üçün vahid koordinasiya mexanizmi var. Bizim lazımi imkanlarımız, təcrübəmiz var: Təlim, texniki xidmət, avadanlıqla təminat. Təbii ki, Ukrayna qüvvələrinə dəstək verməklə onlara kömək edirik ki, diqqətlərini birbaşa döyüş əməliyyatlarına yönəldə bilsinlər", - NSATU komandirinin müavini general-mayor vurğulayıb.
Əziz MUSTAFA




















































































