Ukrayna Moskvaya zərbə endirməyə qadir FP-9 ballistik raketi hazırlayıb
Ukraynanın FP-7 ballistik raketi artıq Ukrayna Müdafiə Nazirliyində sertifikatlaşdırmadan keçir.
Oxuməni.az xəbər verir ki, bu barədə Fire Point-in baş direktoru İrina Terex bildirib. Terexin sözlərinə görə, FP-7 raketi yerüstü hədəfləri vurmaq üçün istifadə edilə bilən zərbə modifikasiyasına malikdir. Bundan əlavə, raket təxminən 15 sınaq buraxılışından keçib və Ukrayna Müdafiə Nazirliyində sertifikatlaşdırmadan keçir. Baş direktor bu prosesin yaxın iki-dörd həftə ərzində başa çatdırılmalı olduğunu aydınlaşdırdı. Şirkət raketin bu versiyasını ilk dəfə 2026-cı ilin payızında döyüş şəraitində istifadə etməyi planlaşdırır.
Bundan əlavə, Moskvaya zərbə endirə bilən xeyli böyük FP-9 ballistik raketinin ilk döyüş buraxılışının payızın sonlarında baş tutması planlaşdırılır. Terex qeyd etdi ki, FP-7 arxitekturası S-300 və S-400 tutucu raket sistemləri üçün sovet dizaynlarına əsaslanır. Eyni zamanda, yeni Fire Point raketi bu silahlarla komponentlərinin yalnız təxminən 20%-ni bölüşür.
Əziz MUSTAFA




















































































