Tramp sponsorlara ABŞ prezidenti postunda kimi görmək istədiyini bildirib
ABŞ prezidenti Donald Tramp təxminən iki həftə əvvəl Oval kabinetdə donorlarla keçirdiyi qapalı söhbət zamanı 2028-ci il prezident seçkilərində vitse-prezident Cey Di Vensin qələbəsini görmək istədiyini bildirib. Oxuməni az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti iki mənbəyə istinadən məlumat yayıb.
"Nəticə etibarilə, biz Cey Dini seçməliyik", - deyə nəşr Trampın sözlərindən sitat gətirir.
WP-nin məlumatına görə, bu bəyanat Trampın Vensi ictimai şəkildə dəstəkləməyə hazır olduğunu göstərir. Bununla belə, qeyd olunur ki, bu fikir Trampın son bir il ərzindəki ritorikası ilə ziddiyyət təşkil edir; belə ki, o, ictimaiyyət qarşısında Vens və dövlət katibi Marko Rubio arasında öz rəğbətini qazanmaq uğrunda rəqabəti qızışdırırdı.
Almaz Həsənli




















































































