Rusiyadan və Aİ-dən olan keçmiş məmurlar Ukrayna ilə bağlı danışıqlar aparıblar
Rusiya, Fransa, Böyük Britaniya və Almaniyadan olan keçmiş məmurlar iyul ayında Vyanada Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün mümkün razılaşma şərtlərini müzakirə etmək üçün görüşüblər. Oxuməni az xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, görüşdə Britaniyanın keçmiş milli təhlükəsizlik müşaviri Tim Barrou, Almaniyanın keçmiş dövlət katibi Markus Ederer və fransalı diplomat Pyer Vimon iştirak ediblər. Bloomberg-in mənbəsi Rusiya tərəfindən iştirak edən keçmiş məmurun adını açıqlamaqdan imtina edib.
Agentliyin məlumatına görə, Almaniya, Fransa və Böyük Britaniya hazırda Rusiya ilə birbaşa danışıqlar təşkil etmək üçün Ukrayna ilə əməkdaşlıq edirlər. Bloomberg-in həmsöhbətləri Vyanadakı keçmiş məmurların görüşünün "Avropa üçlüyü" ölkələri tərəfindən sanksiyalaşdırılıb-
Qeyd edək ki, iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Rusiya və Almaniya rəsmiləri arasında gizli danışıqların aparıldığını bildirib. Onun sözlərinə görə, Rusiya tərəfindən bu danışıqlarda Rusiyanın keçmiş baş naziri Viktor Zubkov və Prezident yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının sədri Valeri Fadeyev iştirak ediblər. İlham Əliyevin sözlərinə görə, görüşdə Rusiya və Ukrayna münaqişəsinin sülh yolu ilə həlli müzakirə olunub.
Almaz Həsənli



















































































