Rusiya Kiyevə zərbələr endirib:14 nəfər ölüb, 30 nəfər yaralanıb

Rusiya Kiyevə zərbələr endirib:14 nəfər ölüb, 30 nəfər yaralanıb

11:24
Bəyəndim (1) Bəyənmədim (0)

Çərşənbə axşamı, avqustun 5-nə keçən gecə ruslar paytaxta və Kiyev bölgəsinə ballistik və pilotsuz təyyarələrlə hücum ediblər. Kiyevdə gecə saatlarında kütləvi yanğınlar baş verib, əsasən anbarlar yanıb. Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, bir qadın ölüb, 20-dən çox insan yaralanıb.

Rusiyanın paytaxtdan əlavə Kiyev vilayətinə gecə hücumları zamanı 14 nəfər həlak olub, 30 nəfər yaralanıb. Bütün yaralılara lazımi tibbi yardım göstərilir. Bu barədə Oxuməni.az Telegram-da Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən məlumat yayıb.

Hücumlar nəticəsində Brovarı rayonunda Brovarı şəhəri, Bolşaya Dymerka, Kvitnev və Pobeda kəndlərində anbar binalarında irimiqyaslı yanğınlar baş verib. Fastovski rayonunda müəssisələrdən birinin ərazisində avtomobildə baş verən yanğının söndürüldüyü də bildirilir. Buchanski rayonunda isə anbar binasında baş verən yanğının aradan qaldırılması davam edir.

Brovari rayonunda logistika mərkəzlərinə edilən hücumlar səbəbindən dəmiryolunda qatarların hərəkətləri dayandırılıb.

“Əməliyyat məlumatlarına görə, dəmir yolu platformasının ərazisində hücuma məruz qalan logistika mərkəzlərinin yaxınlığında meyitlər tapılıb”, - deyə Ukrzaliznitsia məlumat yayıb.

Məlumdur ki, kütləvi birləşmiş hücum zamanı qatarların hərəkəti və stansiya fəaliyyəti dayandırılıb, stansiya işçiləri və sərnişinlər təxliyə edilib.

Əziz MUSTAFA