Almaniya Müdafiə Naziri Pistorius : RCH-155-lər Ukraynaya iki İl əvvəl təhvil verilib

Almaniya Müdafiə Naziri Pistorius : RCH-155-lər Ukraynaya iki İl əvvəl təhvil verilib

10:55
Bəyəndim (1) Bəyənmədim (0)

Almaniya Müdafiə Naziri Boris Pistorius, Berlinin heç vaxt rəsmi olaraq təsdiqləmədiyi RCH-155 təkərli haubitsalarının Ukraynaya təhvil verildiyini gizlətmədi. Pistoriusun açıqlaması, hərəkətdə ola-ola atəş aça bilən dünyanın ilk müasir haubitsalarının təxminən iki il əvvəl Ukraynaya göndərildiyini ortaya qoydu. Oxuməni.az xəbər verir ki, bu barədə Almaniya mətbuatının yaydığı məlumatda deyilir.

KNDS müdafiə şirkətinin Kasseldəki zavoduna səfəri zamanı Almaniya Müdafiə Naziri Boris Pistorius Ukraynaya hərbi yardımla bağlı diqqətəlayiq bir açıqlama verdi. Berlin hökuməti tərəfindən rəsmi olaraq təsdiqlənməmiş RCH-155 təkərli haubitsalarının Ukraynaya göndərildiyini gizlətməyərək, Pistorius ilk dəfə çatdırılmanı açıq şəkildə etiraf etdi.
Almaniya əvvəllər Ukrayna qoşunlarının RCH-155 sistemləri üzərində təlim keçdiyini bildirmişdi, lakin bu silahların Ukraynaya təhvil verilməsini təsdiqləməmişdi.

KNDS zavodunda nümayiş etdirilən RCH-155-in qarşısında çıxış edən Pistorius dedi: "Bu təkərli haubitsaya Ukraynada böyük tələbat var."

Alman müdafiə sənayesinin qabaqcıl artilleriya sistemlərindən biri olan RCH-155, hərəkətdə atəş açmaq qabiliyyəti ilə seçilir. Dünyada ilk olan sistem dəqiqədə doqquz atəş aça və 50 kilometrdən çox məsafəyə çata bilər.

Tamamilə avtomatik qüllə ilə təchiz olunmuş RCH-155 yollarda saatda 100 kilometrdən çox sürətə çata bilir. Sistemin fərqləndirici xüsusiyyəti də nəqliyyat vasitəsini cəmi iki heyət üzvü ilə idarə etmək qabiliyyətidir.
Ukraynanın Almaniyadan cəmi 54 RCH-155 alması gözlənilir ki, bu da üç artilleriya batalyonunu təchiz etmək üçün kifayətdir. Alman Ordusu da öz növbəsində 84 RCH-155 sifariş verib.

Əziz MUSTAFA