Avropa ölkəsi olan Avstriyada rekord istilik qeydə alınıb
Çərşənbə axşamı, 4 avqust tarixində Avstriyada rekord istilik dalğası baş verdi. Oxuməni.az xəbər verir ki, bu barədə Kronen Zeitung-un məlumatında bildirilir. Qeyd edilir ki, Avropa ölkəsində havanın temperaturu 41 dərəcə selsiyə çataraq yeni rekord qırıb.
Qəzetin məlumatına görə, həmin gün üçün əvvəlki maksimum temperatur 40,5 dərəcə Selsi olub. Hava şəraiti ilə əlaqədar olaraq ölkənin şərq hissəsində ən yüksək hava xəbərdarlığı səviyyəsi olan qırmızı hava siqnalı verildi. Həddindən artıq istilər Burgenland əyalətində baş verən meşə yanğınını daha da pisləşdirdi.
Əvvəllər bildirilirdi ki, həmin gün iki Avropa paytaxtında temperatur rekordları qeydə alınıb. Bratislavada temperatur rekord həddə yüksəlib, civə sütununun 39,9 dərəcə Selsiyə çatdığı bildirilib. Slovakiya paytaxtından 60 kilometr məsafədə yerləşən Vyanada da misli görünməmiş istilər yaşanıb və rekord həddə - 40,1 dərəcə Selsiyə çatıb. Sinoptiklər həftənin sonuna qədər bu şəhərlərdə temperaturun daha da yüksələ biləcəyini proqnozlaşdırırlar.
Əziz Mustafa



















































































