Tramp İrana ABŞ ilə razılaşma əldə etmək üçün "son şans" verdi

Tramp İrana ABŞ ilə razılaşma əldə etmək üçün "son şans" verdi

09:16
Bəyəndim (1) Bəyənmədim (0)

Ağ Ev rəhbəri Tehranı qeyri-ciddilikdə günahlandıraraq iddia etdi ki, İran hökuməti əvvəlcə danışıqlara başlayır, sonra isə onları açıq şəkildə rədd edir.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın Vaşinqtonla razılaşma əldə etmək üçün vaxtı məhduddur və razılaşma əldə etmək üçün "son şansından" istifadə etməlidir. Oxuməni.az xəbər verir ki, o, bu barədə Ağ Evdə keçirilən mətbuat konfransında deyib.

Trampın sözlərinə görə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərin vasitəçiliyi ilə ABŞ və İran arasında artıq yeni danışıqlar mərhələsi başlayıb.

"Bu, onların yaxşı bir razılaşma imzalamaq üçün son şansıdır", - deyə ABŞ prezidenti vurğulayıb.

O qeyd edib ki, danışıqlar prosesi İran tərəfinin xahişi ilə başlayıb və Vaşinqton hazırda diplomatik həllə üstünlük verir və İrana qarşı yeni zərbələr planlaşdırmır. Eyni zamanda, Tramp iddia edib ki, İran hökuməti əvvəlcə danışıqlara başlayır, sonra isə onları açıq şəkildə rədd edir.

"Bu cür davranış yalnız razılaşmanın əldə edilməsini çətinləşdirir", - deyə Amerika lideri qeyd edib.

Əziz Mustafa