Malayziyalı pilot hava limanında narkotik paketləri ilə yaxalandı
Kuala Lumpurdan Cakartaya uçan Malayziya Hava Yollarının pilotu Soekarno-Hatta hava limanında çamadanında 25,2 kiloqram narkotik həb və 4 qram metamfetamin ilə həbs edildi. Oxuməni.az xəbər verir ki, bu barədə Malayziya polisinin açıqlamasında bildirilib.
Hadisə Soekarno-Hatta Beynəlxalq Hava Limanında baş verib. Kuala Lumpurdan Cakartaya işgüzar uçuş həyata keçirən Malayziya Hava Yolları MSO pilotunun çamadanı rentgen müayinəsi zamanı gömrük işçiləri arasında şübhə doğurub. Çamadanda aparılan axtarış zamanı 14 böyük çantada ümumi çəkisi 25,2 kiloqram olan 70.114 ədəd narkotik həb və əl yükündə 4 qram metamfetamin aşkar edilib.
İstintaq zamanı dindirilən pilot narkotikləri hələlik adı açıqlanmayan şəxsin tapşırığı ilə Cakartaya gətirdiyini və bunun müqabilində ona 50.000 Malayziya ringgiti (təxminən 12.000 dollar) vəd edildiyini bildirib. Polis bildirib ki, bu, pilotun üçüncü narkotik qaçaqmalçılığı cinayətidir.
Əziz Mustafa



















































































