Ukrayna dronlarının hücumları  Volqoqrad neft emalı zavodunun fəaliyyətini iflic edib

Ukrayna dronlarının hücumları Volqoqrad neft emalı zavodunun fəaliyyətini iflic edib

07:56
Bəyəndim (1) Bəyənmədim (0)

Lukoil-Volqoqradneftepererabotka neft emalı zavodu dron hücumundan sonra baş verən yanğın səbəbindən xam neft emalını tamamilə dayandırıb. Oxuməni.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Regional administrasiya dron hücumlarının "Volqoqradın cənubundakı yanacaq-enerji kompleksindəki sənaye müəssisəsində yanğınlara səbəb olduğunu" bildirib, lakin müəssisənin adını dəqiqləşdirməyib.

Mənbələrə görə, Volqoqrad Neft Emalı Zavodunda dron hücumları həm ilkin, həm də ikinci dərəcəli neft emalı qurğularını dayandırıb. Xüsusilə, iki əsas ilkin qurğuda neft emalı dayandırılıb: gündə 18.900 ton (neft emalı zavodunun gücünün 40%-i) tutumlu AVT-1 və gündə 15.000 ton (neft emalı zavodunun gücünün 32%-i) tutumlu AVT-6.

Volqoqrad Neft Emalı Zavodunun neft məhsulları 31 iyuldan sonra Sankt-Peterburq Beynəlxalq Ticarət Birjasında satışa çıxarılmayıb.

Məlum olduğu kimi, Volqoqrad Neft Emalı Zavodu da 29 mayda dron hücumundan sonra da zərər görüb və tamamilə bağlanıb.

2024-cü ildə Volqoqrad Neft Emalı Zavodu 13,5 milyon ton neft emal edib (Rusiya neft emalı zavodlarında ümumi emal həcminin təxminən 5%-i), 6,0 milyon ton dizel yanacağı və 7,0 milyon ton benzin istehsal edib.

Xatırladaq ki, 31 iyul gecəsi Ukrayna Müdafiə Qüvvələri Volqoqrad Neft Emalı Zavoduna və digər əsas Rusiya qurğularına zərbə endirib. Hücum neft emalı zavodunun istehsal müəssisələrinin əsas elementlərinə zərər vurub.

Əziz Mustafa