İtaliya Rusiyanın iddialarını rədd edərək bunun Kremlin növbəti "oyunu" olduğunu bildirib

İtaliya Rusiyanın iddialarını rədd edərək bunun Kremlin növbəti "oyunu" olduğunu bildirib

10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvadakı Balzi Rossi restoranında baş verən partlayışdan sonra İtaliyadakı Rusiya səfirliyi hadisənin Rusiyada çalışan İtaliya vətəndaşlarını qorxutmaq məqsədi daşıyan "terror hücumu" olduğunu iddia etdi. Oxuməni.az xəbər verir ki, bu barədə səfirliyin mətbuat xidməti bildirib.

Səfirlik partlayışın restoranın italyan işçilərini qorxutmaq üçün nəzərdə tutulduğunu iddia edir. Rusiya diplomatları həmçinin iddialarını dəstəkləmək üçün heç bir dəlil təqdim etmədən Ukrayna rəhbərliyini hücumu təşkil etməkdə ittiham etdilər. Bundan əlavə, bəyanatda Vladimir Zelenski, Kirilo Budanov, Mixaylo Fedorov və hətta Andrey Yermaka qarşı təhqiramiz ifadələr yer alır.

İtaliya xarici işlər naziri Antonio Tajani bu ittihamlara cavab verdi. Antonio Tajani Rusiyanın iddialarını rədd edərək bunun Kremlin növbəti "oyunu" olduğunu bildirib.

"Tamamilə yalan. Ukraynalılar italyanları niyə qorxutmalıdırlar? Bəlkə də ruslar, Ukraynanı dəstəklədiyimiz üçün italyanları qorxutmağa çalışırlar", - deyə İtaliya diplomatiyasının rəhbəri bildirib.

Xatırladaq ki, Moskvanın Kudrinskaya meydanındakı bir restoranda qapalı özəl tədbir zamanı partlayış baş verib. Rusiya mediasının ilkin məlumatına görə, içəridə təxminən 50 qonaq olub; onlar Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı general Aleksandr Çaykonun ad gününü qeyd edirdilər.

Moskva restoranında baş verən partlayışda beş nəfərin öldüyü bildirilir. Rusiya mediası həmçinin ən azı altı nəfərin ağır vəziyyətdə olduğunu bildirib.

Əziz Mustafa