The Globe and Mail: NATO Qərargahında işləyən Kanada vətəndaşı Çinə casusluq etməkdə şübhəli bilinir
Belçikadakı NATO qərargahında işləyən və Belçika hakimiyyəti tərəfindən saxlanılan Kanada vətəndaşı Çinə casusluq etməkdə şübhəli bilinir. Oxuməni.az xəbər verir ki, bu barədə Kanadanın The Globe and Mail qəzetində gedən yazıda deyilir.
İki mənbə bu məlumatı nəşrə təsdiqləyib. Qəzet həmçinin saxlanılan 1993-cü il təvəllüdlü, Bivei Zhang kimi tanınan Kler Zhang olduğunu da bildirib. Belçika hakimiyyəti əvvəllər saxlanılan şəxsin adını dərc etməmişdi. Qəzetin məlumatına görə, Zhang NATO-da təcrübə keçməzdən əvvəl Kanada Kosmik Agentliyi də daxil olmaqla Kanada federal agentliklərində çalışıb.
25 iyulda Belçika məhkəməsinin Çin əsilli Kanada vətəndaşını üçüncü ölkəyə casusluq etməkdə şübhəli bilinərək həbs etdiyi bildirilib. Şübhəli şəxs Monsda NATO-nun Avropa Birgə Qüvvələri Qərargahında təcrübəçi olub. Belçika prokurorluğu həmçinin qadının cinayətkar təşkilatda iştirak etməkdə də ittiham olunduğunu bildirib.
Əziz MUSTAFA






















.jpg)





























































