Rusiya Ermənistandan kompensasiya tələb edəcək

Rusiya Ermənistandan kompensasiya tələb edəcək

11:21
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov bəyan edib ki, "Cənubi Qafqaz Dəmir Yolu" (CQDY) Rusiya şirkəti üçün "pulsuz" aktiv deyil və Ermənistanın sazişə yenidən baxılacağı təqdirdə əlavə ödənişlər tələb etməsi üçün heç bir hüquqi əsas yoxdur. Oxuməni.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Nazir bu fikri Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanın Rusiya ilə münasibətlərə yalnız iqtisadi deyil, həm də siyasi sahədə alternativlər axtardığını bildirməsinə münasibət bildirərkən səsləndirib.

Reşetnikovun sözlərinə görə, Rusiya indiyədək CQDY-nin inkişafına 30 milyard rubldan çox investisiya yatırıb, yeni dəmir yolu hərəkət tərkibi alıb və qüvvədə olan müqavilə öhdəlikləri çərçivəsində infrastrukturun inkişafını davam etdirib.

"Əgər bu öhdəliklər birtərəfli qaydada yenidən nəzərdən keçirilərsə və investorumuza zərər dəyərsə, həmin zərərin kompensasiyasını tələb etmək üçün əsaslarımız olacaq", – deyə nazir vurğulayıb.

O, həmçinin bildirib ki, belə bir vəziyyətdə Rusiyanın Ermənistana əlavə hər hansı ödəniş etməli olduğu barədə iddialar əsassızdır.

Almaz Həsənli