Dronlar neft emalı zavoduna və "Wildberries" anbarına zərbə endiriblər
Ukrayna dronları 31 iyul gecəsi Rusiyanın Volqoqraddakı "Wildberries" logistika mərkəzinə və neft emalı zavoduna zərbə endirdi. Zərbə yerlərində böyük yanğınlar baş verdi.
Bu barədə Oxuməni.az Strateji Kommunikasiya Mərkəzinə (SPRAVDI) və Fire Point şirkətinin mətbuat xidmətinə istinadən məlumat verib.
Volqoqrad Neft Emalı Zavodu Rusiyanın ən böyük neft emalı zavodlarından biridir və ildə təxminən 15 milyon ton neft emal gücünə malikdir. Zavod benzin, dizel, aviasiya yanacağı və digər neft məhsulları istehsal edir və Rusiyanın cənub bölgələrinin yanacaq təchizatında mühüm rol oynayır.
"Wildberries" logistika mərkəzi 44.000 kvadrat metr sahəni əhatə edən əsas saxlama, çeşidləmə və paylama mərkəzidir. Bu cür obyektlər, digər şeylərlə yanaşı, hərbi və ikili təyinatlı malların satıldığı Rusiyanın ən böyük bazarlarından birinin fasiləsiz fəaliyyətini təmin edir.
Kazan və Zelenodolskda partlayışlar eşidilib. İlkin məlumatlara görə, "Wildberries" obyektlərinə zərbə endirilmiş ola bilər.
Nijnekamskda TAIF-NK neft emalı zavoduna hücum edilib. Neft emalı zavodundakı təzyiqin azalmağa başladığı bildirilir.
Xatırladaq ki, son iki ay ərzində Ukrayna dronları Rusiyanın neft emalı gücünün təxminən 40%-ni sıradan çıxarıb. Nəticədə, təxminən 50 milyon rus yanacaq çatışmazlığı ilə üzləşir.
Əziz MUSTAFA


















.jpg)





















































.jpg)











