Nauero Abxaziya və Cənubi Osetiya ilə diplomatik əlaqələri kəsib
Sakit okean dövləti Nauero (əvvəllər Nauru) qismən tanınan Gürcüstanın işğal olunmuş Abxaziya və qondarma Cənubi Osetiya bölgələri ilə diplomatik əlaqələri kəsib. Bu qərar iyulun 21-də Nauero Nazirlər Kabineti tərəfindən qəbul edilib. Oxuməni az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Bu qərar bir daha təsdiq edir ki, beynəlxalq hüquq normalarına hörmət və riayət sağlam beynəlxalq münasibətlərin əsasıdır", - deyə Gürcüstan XİN bəyan edib və əlavə edib ki, Gürcüstan artıq Nauero ilə diplomatik əlaqələr qurmağa hazırdır.
Hazırda Gürcüstanın işğal olunmuş bölgələri olan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini BMT-yə üzv olan yalnız dörd dövlət – Rusiya, Nikaraqua, Venesuela və Suriya tanıyır. Dünyanın böyük əksəriyyəti Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində onun bir hissəsi hesab edir.
Qeyd edək ki, Nauru Abxaziya və Cənubi Osetiyanın “müstəqillik”lərini 2009-cu ilin dekabrında tanıyıb. Rəsmi Tbilisi bu qərarı qınayaraq Naurunu beynəlxalq hüquq normalarına məhəl qoymamaqda ittiham etmişdi.
Nauero dünyanın ən kiçik ada dövlətidir. Onun sahəsi təxminən 21 kvadrat kilometr, əhalisi isə təxminən 10 min nəfərdir. 2026-cı ildə ölkə adını Naurudan Naueroya dəyişib; hökumət bunu müstəmləkə irsindən qurtulmaq istəyi ilə izah edib. 2026-cı ilin iyununda BMT ölkənin yeni adını tanıyıb.
Almaz Həsənli














































.jpg)





































