Rusiya Silahlı Qüvvələri Kiyev və Lvova ballistik və hipersəs raketlərlə zərbələr endirib

Rusiya Silahlı Qüvvələri Kiyev və Lvova ballistik və hipersəs raketlərlə zərbələr endirib

09:45
Bəyəndim (1) Bəyənmədim (0)


30 iyul gecəsi Rusiya Silahlı Qüvvələri Kiyev və Lvova ballistik və hipersəs raketlərlə kütləvi hücum təşkil edib. Oxuməni.az xəbər verir ki, bu barədə SHOT Telegram kanalının məlumatında deyilir.

Nəşrin məlumatına görə, hücumlar İsgəndər-M ballistik raketləri, Zirkon və X-101 hipersəs raketləri və Geran dronları ilə həyata keçirilib. Xmelnitski, Dnepropetrovsk (Dnepr), Poltava və Vinnitsa da zərbələrə məruz qalıb. Zərbələr nəticəsində yanğınlar başlayıb, böyük dağıntılar var, eyni zamanda çoxlu sayda ölənlərin və yaralananların olduğu bildirilir.

Həmçinin Xarkovdakı sənaye zonasında pilotsuz təyyarənin qəzaya uğradığı bildirilib. Şəhərdə bir sıra partlayışlar da baş verib.

Əziz MUSTAFA