Senat Rusiyaya sərt sanksiyalar tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini ikinci  səsvermədə təsdiqləyib

Senat Rusiyaya sərt sanksiyalar tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini ikinci səsvermədə təsdiqləyib

07:56
Bəyəndim (1) Bəyənmədim (0)


ABŞ Senatı Lindsi Qrehemin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edən qanun layihəsi üzrə ikinci prosedur səsverməsini başa çatdırdı. 84 senator qanun layihəsinin lehinə, 12-si isə əleyhinə səs verib.

Oxuməni.az-ın yaydığı məlumata görə, bu barədə Nümayəndələr Palatasının mətbuat xidməti X-də bildirib

İkinci prosedur səsverməsindən sonra Senat indi qanun layihəsini müzakirə etməyə və ona düzəlişlərə başlayacaq. Daha sonra qanunvericilər daha bir prosedur səsverməsi keçirəcəklər. Qanun layihəsi yekun səsvermə üçün yuxarı palataya təqdim ediləcək və burada qəbul üçün sadə səs çoxluğu kifayət edəcək.

Senatda yekun təsdiqdən sonra qanun layihəsi Nümayəndələr Palatasına göndəriləcək. Senat sentyabr ayında tətildən qayıtdıqdan sonra qanun layihəsinə orada baxılacaq.

Qanun layihəsi ABŞ prezidentinə Rusiyadan neft, uran və təbii qaz alan ölkələrdən idxala 100% tarif tətbiq etmək səlahiyyəti verir. Prezident həmçinin Rusiyadan idxala 500%-ə qədər tarif tətbiq etmək səlahiyyəti qazanır.

Bundan əlavə, sənəd İrana qarşı sanksiyalar qanununu 2031-ci ilə qədər uzadır və İranla iş görən ABŞ-dan kənar şirkətlərə qarşı ikinci dərəcəli sanksiyaları nəzərdə tutur.

Əziz MUSTAFA