WSJ: Tramp Netanyahuya Ağ Evdə həmişəkindən daha soyuq münasibət göstərib
ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahunu Ağ Evdə həmişəkindən daha az mehribanlıqla qarşılayıb. Oxuməni. az xəbər verir ki, bu məqama "The Wall Street Journal" (WSJ) qəzeti diqqət çəkib.
Nəşr qeyd edir ki, "İranla müharibə uzandıqca, Netanyahu Trampdan daha soyuq bir qəbul görüb".
Bununla belə, WSJ-nin istinad etdiyi Ağ Evin mətbuat xidmətinin rəsmi məlumatında görüşün müsbət və məhsuldar bir atmosferdə keçdiyi bildirilir. Adı açıqlanmayan bir amerikalı rəsmi də nəşrə açıqlamasında iki lider arasında möhkəm münasibətlərin olduğunu vurğulayıb.
ABŞ prezidenti ilə İsrailin baş naziri arasında görüş iyulun 28-də Ağ Evdə baş tutub və təxminən bir saat yarım davam edib. Tramp bu danışıqları "çox yaxşı" kimi qiymətləndirib və görüşdə ABŞ Konqresinin nümayəndələrinin də iştirak etdiyini qeyd edib. Ağ Ev rəhbərinin sözlərinə görə, tərəflər "çoxlu vacib mövzuları" müzakirə ediblər. O, digər təfərrüatlar barədə məlumat verməyib.
Almaz Həsənli




.jpg)














































































