"Ferrexpo" Rusiyanın hücumlarına görə Qara dəniz vasitəsi ilə daşımaları dayandırıb
"Ferrexpo" Rusiyanın Böyük Odessadakı limanlara hücumlarına görə dənizdən qranul daşınmasını dayandırıb. Bu barədə Oxuməni.az şirkətin London Fond Birjasındakı açıqlamasına istinadən məlumat verib. Şirkətin bildirdiyinə görə, bu yaxınlarda Qara dənizin Ukrayna sularında qranul daşıyan gəmisi dron hücumlarına məruz qalaraq zədələnib və bir heyət üzvü ölüb.
"Ferrexpo" baş verən hadisədən sonra gəmi sahibləri tərəfindən səfərlərin ləğv edilməsini dənizlə daşınmaların təhlükəli və risqli olmaslı ilə izah edib.
Hazırda "Ferrexpo"nun daşınması üçün aşağıdakılar mövcuddur:
- Təxminən 189.000 ton qranul, o cümlədən zədələnmiş gəmiyə yüklənmiş 55.000 ton,
- saxlama yığınlarında təxminən 90.000 ton.
- Şirkət 2026-cı ilin ikinci yarısında ixracı artırmağı planlaşdırırdı.
- "Ferrexpo" artıq müqavilələri çərçivəsində kompensasiya almaq üçün sığortaçıları ilə əlaqə saxlayıb.
Xatırladaq ki, Zaporojyedəki Metro Ticarət Mərkəzi 1 avqustda fəaliyyətini müvəqqəti olaraq bağlayacaq. Bu, Rusiyanın hücumları ilə əlaqədadır.
Rusiyanın hücumları səbəbindən dənizlə daşınmaların çətinləşməsi Cənub Mədən və Emal Zavodu istehsalı müvəqqəti olaraq dayandıracaq və əməliyyatları qismən azaldacaq.
Əziz Mustafa


.jpg)
















































































