Belçika istidən ölənlərin sayına görə, Avropada liderlik edir

Belçika istidən ölənlərin sayına görə, Avropada liderlik edir

19:22
Bəyəndim (2) Bəyənmədim (0)


Belçikada iyunun 18-dən iyulun 3-dək davam edən isti dalğası Avropanın hər yerindən daha çox ölümə səbəb olub. Oxuməni.az xəbər verir ki, bu barədə EuroMOMO və Sciensano tədqiqat institutunun məlumatında deyilir.

Orada bu ay həddindən artıq istilər nəticəsində ölənlərin sayı 2000 nəfər və ya normadan 48% çox artıb. Belçikada ölüm hallarının pik həddi iyunun 27-də baş verib. Həmin gün 651 ölüm qeydə alınıb və bu, Avropada ən yüksək göstəricidir.

Fransa və Niderlan da istidən ən çox adam ölən ölkələr sırasında olub, burada oxşar temperaturlarda ölüm nisbəti müvafiq olaraq 23% və 13% artıb. Ümumilikdə, iyunun 22-dən iyunun 28-dək Avropanın 27 ölkəsində ən azı 10 650 istidən ölüm halı qeydə alınıb. Üstəlik, ölənlərin 9000-dən çoxu 65 və daha yuxarı yaşda olanlardır.

Belçika ictimai səhiyyə institutu Sciensano-nun məlumatına görə, isti dalğası 2000-ci ildən bəri ən ölümcül olub. Bu, onun müddəti, həddindən artıq temperatur və havada ozonun yüksək konsentrasiyası ilə bağlıdır. Tədqiqatçıların fikrincə, bundan ən çox əziyyət çəkən əhalinin sıx məskunlaşdığı, əksər hallarda yoxsul ərazilərin sakinləridir.

Belçikada gündəlik ölüm nisbəti koronavirus epidemiyasından bəri ən yüksək səviyyəyə çatıb: EuroMOMO statistikası göstərir ki, sonuncu dəfə ölüm nisbətinin müqayisəli zirvəsi (gündə 675 hadisə) 10 aprel 2020-ci ildə qeydə alınıb.

Əziz MUSTAFA