Zaxarova: KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi
KTMT-nin Dağlıq Qarabağ ətrafındakı münaqişədə iştirakı mümkün deyildi, çünki Ermənistan bu ərazini tanımırdı. Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Qvardeysk" gənclər forumunda bildirib.
Rusiya mediasının məlumatına görə, o deyib: "Ermənistanla bağlı bir məsələ var idi; guya deyirdilər ki, "gəlin KTMT mexanizmini işə salaq". Amma mahiyyət etibarilə, kimə və nəyə qarşı? Ermənistanın özünün – təəssüf ki, ya xoşbəxtlikdən, bu mənim məsələm deyil, bu İrəvanın işidir – nə öz ərazisi, nə də müstəqil dövlət kimi tanımadığı Dağlıq Qarabağ ərazisinə qarşı?"
Diplomat vurğulayıb ki, belə şəraitdə kollektiv təhlükəsizlik mexanizmini işə salmaq mümkün deyildi.
Almaz Həsənli
Digər xəbərlər


















































































