Husilər Səudiyyə Ərəbistanının neft infrastrukturuna zərbələr endiriblər

Husilər Səudiyyə Ərəbistanının neft infrastrukturuna zərbələr endiriblər

10:02
Bəyəndim (1) Bəyənmədim (0)



Husi komandanlığı yaraqlıların Səudiyyə Ərəbistanının neft infrastrukturuna dron hücumları həyata keçirdiyini bildirib. Media xəbərlərinə görə, zərbələr Səudiyyə Ərəbistanının dron hücumlarına cavab olaraq həyata keçirilib. Oxuməni.az xəbər verir ki, bu barədə Husilərin hərbi sözçüsü Yəhya Sari sosial mediada bildirib.

PUA-lar Səudiyyə Ərəbistanının şərqindən Qırmızı dəniz sahilindəki Yanbu əl-Bəkr limanına qədər neft nəqli obyektlərinə zərbələr endirib.

İyul ayında İran tərəfindən dəstəklənən Husilər və Səudiyyə Ərəbistanı hücum mübadiləsini bərpa ediblər. Husilər Səudiyyə Ərəbistanı limanlarını dəniz blokadası elan etdilər və Qırmızı dənizdə iki Səudiyyə Ərəbistanı tankerinə hücum etdilər, daha sonra krallıqdakı iki Saudi Aramco obyektinə zərbələr endirdiklərini bildirdilər.

Əziz Mustafa