Rusiyanın limanlara və gəmilərə hücumları qlobal ərzaq təhlükəsizliyini təhdid edir
BMT Təhlükəsizlik Şurası Rusiyanın Qara dənizdə mülki gəmiləri atəşə tutması səbəbindən 27 iyulda təcili iclas keçirib. İclasda qeyd edilib ki, bölgədə vəziyyət kritik həddə çatıb.
Bu barədə Oxuməni.az BMT-nin Siyasi İşlər Departamentinin direktoru Kayoko Qotonun açıqlamasına istinadən məlumat yayıb. Qotonun sözlərinə görə, Rusiyanın Qara dəniz limanlarına və ticarət gəmilərinə yeni hücum dalğası qlobal ərzaq təhlükəsizliyi üçün ciddi təhdidlər yaradır.
İclasda limanların sistematik şəkildə hədəfə alındığı bildirilir. İyul ayında mülki gəmilərə altıdan çox hücum qeydə alınıb və nəticədə 44 heyət üzvü ölüb və ya yaralanıb.
BMT-nin Ticarət və İnkişaf Konfransının məlumatları iyul ayında qlobal buğda qiymətlərində 20% artım olduğunu göstərir. Bu rəqəmlər 2024-cü ilin mart ayından bəri ən yüksək səviyyəyə çatıb.
İyulun əvvəlindən bəri Rusiyanın Ukraynadakı hava hücumları nəticəsində 170-dən çox mülki şəxs həlak olub və 1028 nəfər yaralanıb.
BMT rəsmisinin sözlərinə görə, aşağıdakılar hədəfə alınıb:
yaşayış binaları,
uşaq meydançaları,
yanacaqdoldurma məntəqələri,
bazarlar,
logistika anbarları.
Rusiyanın Ukraynaya tammiqyaslı hücumunun başlanğıcından bəri ən azı 16.141 mülki şəxsin, o cümlədən 803 uşağın öldüyü və 48.613 nəfərin, o cümlədən 2.960 uşağın yaralandığı təsdiqlənib.
Əziz Mustafa


















































































