Tramp Netanyahu ilə İrana qarşı hərbi əməliyyatlarla bağlı kiçik fikir ayrılıqları olduğunu bildirdi
Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp İsrail Baş naziri Benyamin Netanyahu ilə İrana qarşı hərbi əməliyyatlarla bağlı bəzi fikir ayrılıqlarının olduğunu bildirdi. Oxuməni.az xəbər verir ki, bu barədə RİA Novosti tərəfindən yayılan məlumatda deyilir.
"Bizim bəzi kiçik fikir ayrılıqlarımız var, amma ümumilikdə mövqelərimiz olduqca yaxındır", - deyə Amerika lideri jurnalistlərin sualına cavab olaraq bildirib.
Tramp həmçinin vurğulayıb ki, İrana zərbələr guya 24 iyulda sülh danışıqlarının bərpasını təklif edən Tehranın tələbi ilə dayandırılıb.
Daha əvvəl Trampla Netanyahu arasında münasibətlərin İranla münaqişə fonunda daha da gərginləşdiyi bildirilirdi. İddialara görə, Amerika prezidenti dəfələrlə İsrail Baş nazirindən məyusluğunu və onunla görüşmək istəmədiyini bildirib.
Əziz Mustafa


















































































