Rusiyanın Vladivostok şəhərində minlərlə insan soyuq susuz qalıb
Vladivostokda elektrik nasazlığı baş verib və 22 mindən çox insan soyuq susuz qalıb. Oxuməni.az-ın yaydığı məlumata görə,Primorski Diyarı Prokurorluğu bu barədə Telegram-da xəbər verib.
27 iyul bazar ertəsi səhəri su magistralının partlaması nəticəsində Admirala Kuznetsova, Ladıgina, Neibuta, Çernyaxovskoqo, Admirala Yumaşeva və digər küçələrdəki evlərə soyuq su təchizatının kəsildiyi bildirilib.
"Təcili bərpa işlərinə rəhbərlik yerli nəzarət orqanınına tapşırılıb. Prokurorluq su təchizatı şəbəkələrinin saxlanılması və xidmət göstərilməsi üçün qanuni tələblərə və nasazlığın təmiri üçün standart müddətə riayət olunmasını qiymətləndirəcək", - deyə açıqlamada bildirilir.
Əziz Mustafa
Digər xəbərlər



















































































