Belqorod Ukraynanın irimiqyaslı pilotsuz təyyarələrinin hücumlarına məruz qalıb, tələfat qeydə alınıb

Belqorod Ukraynanın irimiqyaslı pilotsuz təyyarələrinin hücumlarına məruz qalıb, tələfat qeydə alınıb

07:48
Bəyəndim (1) Bəyənmədim (0)

Belqorod Ukraynanın irimiqyaslı pilotsuz təyyarələrinin hücumlarına məruz qalıb, iki uşaq da daxil olmaqla 12 nəfər yaralanıb. Oxuməni.az-ın yaydığı məlumata görə, bu barədə Regional əməliyyat qərargahı Telegram kanalında məlumat verib.

Təşkilatın məlumatına görə, təcili yardım briqadaları yaralıları tez bir zamanda xəstəxanaya yerləşdirib. Zərərçəkənlərə lazımi tibbi yardım göstərilir.

Dron hücumu nəticəsində çoxmənzilli binadakı bir neçə mənzil yanıb. Şəxsi ev də dağılıb. Bundan əlavə, park edilmiş 15-dən çox avtomobil yanıb; yanğınsöndürənlər alovları söndürüblər.

Bundan əvvəl Belqorod dron hücumları təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Sakinlərdən gizlənmələri və pəncərələrdən uzaq durmaları xahiş olunub. Daha sonra hava hücumu davam etdikcə daha çox partlayış səsləri eşidilib. Şəhərin bəzi ərazilərində elektrik kəsilib.

Əziz Mustafa