Astanada ilk dəfə aerotaksinin uçuşu həyata keçirilib
Sınaqlar "Qazanat" hippodromunun ərazisində "Gələcəyin oyunları" proqramı çərçivəsində keçirilib.
Bu barədə Oxuməni.az TASS-a istinadən məlumat yayıb.
Uçuş üçün bir pilot və beş sərnişin üçün nəzərdə tutulmuş "AutoFlight Prosperity" aparatı istifadə olunub. Elektrikli hava gəmisi 200 km/saat sürət yığa və bir dəfə enerji doldurmaqla 200 kilometrə qədər məsafə qət edə bilir.
Layihə Qazaxıstanın "Alatau Advance Air Group" şirkəti tərəfindən Çinin "AutoFlight" şirkəti ilə birgə həyata keçirilib. Layihə nümayəndələrinin sözlərinə görə, şəhər hava mobilliyinin inkişafı vertiportlar, rəqəmsal uçuş idarəetmə sistemləri və normativ baza daxil olmaqla, xüsusi infrastrukturun yaradılmasını tələb edəcək.
İyun ayında Qazaxıstanda hava taksilərinin, elektrik şaquli qalxma və eniş təyyarələrinin və pilotsuz təyyarələrin istifadəsini tənzimləyən qanun qüvvəyə mindi.
Qazaxıstanda ilk hava taksisi sınaqları bu ilin may ayında ölkənin ilk vertiportunda, Alatau şəhərində keçirilib.
Almaz Həsənli


























































.jpg-2.jpg)
























