Aİ sanksiyaları səbəbindən Dvorkoviç FİDE rəhbəri vəzifəsindən istefa verib
Avropa İttifaqının 21-ci sanksiyalar paketi çərçivəsində sanksiya siyahısına salınan rusiyalı Arkadi Dvorkoviç cümə axşamı günü sanksiyalara məhkəmədə etiraz edib uğur qazanana qədər Beynəlxalq Şahmat Federasiyasının (FİDE) rəhbəri vəzifəsindən könüllü olaraq istefa verdiyini elan edib.
Oxuməni.az xəbər verir ki, Dvorkoviçin FİDE-nin saytında dərc olunan bəyanatında qeyd edildiyi kimi, onun qərarı dərhal qüvvəyə minir. Sənəddə deyilir: "FİDE-nin Nizamnaməsinə uyğun olaraq, prezidentin vəzifələrini FİDE-nin vitse-prezidenti, şahmat üzrə 15-ci dünya çempionu Vişvanatan Anand icra edəcək".
Öz növbəsində, FİDE Şurası Arkadi Dvorkoviçin təşkilatın rəhbəri vəzifəsindən getmək qərarını təsdiqlədiyini bildirib. Mətbuat xidmətinin məlumatına görə, bununla əlaqədar olaraq, Dvorkoviç sanksiyalar altında olduğu müddətdə FİDE-nin və ya onun aktivlərinin "sahibi, saxlayıcısı və ya nəzarət edən şəxsi" qismində çıxış etməyəcək.
Aİ-nin Rusiyaya qarşı 21-ci sanksiyalar paketi iyulun 23-də qüvvəyə minib. Sektor tədbirləri ilə yanaşı, bu paket daha 48 fiziki və 170 hüquqi şəxsin sanksiya siyahısına daxil edilməsini nəzərdə tutur. Avropa Komissiyası qeyd edib ki, bu, Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri sanksiya siyahısının ən böyük genişləndirilməsidir.
Almaz Həsənli












































.jpg-2.jpg)







































