Çin yaxın Şərq böhranı səbəbindən Rusiyadan neft alışlarını artırır

Çin yaxın Şərq böhranı səbəbindən Rusiyadan neft alışlarını artırır

08:02
Bəyəndim (0) Bəyənmədim (0)


Çin neft emalı zavodları Rusiya neftinin alışlarını artırıb, eyni zamanda İrandan neft idxalı ilə bağlı danışıqları bərpa edib.
Qlobal xam neft tədarükünə risk yaradan Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi fonunda Çin neft emalı zavodları Rusiya neftinin alışlarını artırır.

Oxuməni.az-ın yaydığı məlumata görə, bReuters bu barədə sənaye mənbələrinə istinadən xəbərverib.

Agentliyin məlumatına görə, Hörmüz boğazında və Qırmızı dənizdə gəmiçiliyə edilən hücumlar və təhdidlər səbəbindən Çin neft emalı zavodları fəal şəkildə Rusiya nefti alır və İrandan xam neft idxalı ilə bağlı danışıqları bərpa ediblər.

Xüsusilə, Çinin ən böyük iki neft emalı zavodu sentyabr ayında Sakit okeanın Kozmino limanından yüklənən Rusiyanın ESPO Blend xam neftinin əksər hissəsini almış ola bilər.

Reuters mənbələrinə görə, bu xam neft demək olar ki, ənənəvi endirim olmadan satılır.

Əziz Mustafa