Aİ səfirləri Rusiyaya qarşı 21-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər

Aİ səfirləri Rusiyaya qarşı 21-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər

13:19
Bəyəndim (2) Bəyənmədim (0)

Aİ ölkələrinin səfirləri Rusiyaya qarşı 21-ci sanksiyalar paketi ilə bağlı siyasi razılığa gəliblər. Oxuməni.az xəbər verir ki, bu barədə cümə axşamı "Reuters" agentliyinə Avropa İttifaqının dörd diplomatı bildirib.

Aİ-nin iki diplomatının sözlərinə görə, paket Rusiya neftinə tətbiq edilən qiymət tavanı mexanizminin 12 ay müddətinə dondurulmasını, həmçinin Rusiya mayeləşdirilmiş təbii qazının (LNG) üçüncü ölkələrə ötürülməsinə icazə verən və avtomatik uzadılma hüququna malik birillik istisnanı nəzərdə tutur.

Aİ diplomatlarından biri deyib: "Üzv ölkələr Yunanıstanla həmrəylik nümayiş etdirdilər və gözlənilir ki, gələcəkdə Yunanıstan da digər ölkələrə eyni şəkildə dəstək verəcək".

Qeyd olunur ki, bundan sonra sanksiyalar paketi üzərində texniki işlər yekunlaşdırılacaq, ardınca iyulun 23-də günün ikinci yarısında onun rəsmi təsdiqi üçün yazılı prosedur başlayacaq.

İyun ayında Avropa Komissiyası Rusiyaya qarşı 21-ci sanksiyalar paketi ilə bağlı təkliflərini rəsmən təqdim etmişdi. Paketin əsasını Rusiya neft sənayesinə qarşı sanksiyalar təşkil edir. Digər məsələlərlə yanaşı, Rusiya neftinin ticarəti və ya emalı ilə məşğul olan limanlar, hava limanları və ya neft emalı zavodları kimi kritik infrastrukturlara qarşı məhdudiyyətlərin tətbiqi təklif olunurdu.

Eyni zamanda, iyul ayında məlum olmuşdu ki, Yunanıstan öz yanacaq daşımaları sənayesini qorumaq üçün bu tədbirləri bloklayıb. "Financial Times" nəşri qeyd edirdi ki, üzv ölkələrin sanksiyalarla bağlı birliyi zəifləyir – yarım düzən paytaxt öz korporativ nəhənglərini və ya milli iqtisadi maraqlarını qorumaq üçün istisnalar tələb edir və ya tədbirləri bloklayır.

Almaz Həsənli