Ukrayna Silahlı Qüvvələri Energodarda şəhər bazarı da daxil olmaqla mülki infrastruktur obyektlərinə zərbələr endirib
Ukrayna Silahlı Qüvvələri Energodarda şəhər bazarı da daxil olmaqla mülki infrastruktur obyektlərinə zərbələr endirib. Oxuməni.az xəbər verir ki, bu barədə şəhər administrasiyasının rəhbəri Maksim Puxov bildirib.
Onun sözlərinə görə, ilk zərbə mülki şəxslərin toplaşdığı bazara dəyib. Puxov hadisəni şəhərin mülki əhalisinə qarşı yönəlmiş daha bir hücum adlandırıb.
Administrasiya rəhbəri həmçinin son 24 saat ərzində başqa bir mağazaya və bir neçə avtomobilə atəş açıldığını bildirib.
Puxovun sözlərinə görə, Energodarda mülki obyektlərə edilən iki hücumda dörd mülki şəxs yaralanıb. Şəhər bazarına edilən hücumda hər ikisi 60 yaşlarında olan iki qadın yaralanıb. Hücumun digər hədəfi 30 yaşlı kişi və 60 yaşlı bir qadının yaralandığı bir mağaza olub.
Bütün qurbanlar xəstəxanaya yerləşdirilib.
Əziz MUSTAFA

























.jpg-2.jpg)






























.jpg)



























