Dron hücumları nəticəsində Voronej, Luqansk və Krımda partlayışlar baş verib
Dronlar yenidən Wildberries logistika mərkəzinə, yük maşını dayanacağına və elektrik yarımstansiyalarına hücum edib.
23 iyul Cümə axşamı gecəsi Rusiyanın Voronej şəhərindəki Wildberries anbarına dron zərbəsi endirilib. Buna paralel olaraq müvəqqəti işğal altında olan Luqansk və Krımda da dron hücumları nəticəsində bir sıra partlayışlar baş verib. Oxuməni.az bu barədə Lenta.ru-ya istinadən məlumat verib.
Yerli hakimiyyət orqanları axşam saatlarında işğal altında olan Luqanskın dronların hücumuna məruz qaldığını, şəhərdə bir sıra partlayışlar eşidildiyini, bunun ardınca yanğın bş verdiyini təsdiqləyiblər. İlkin məlumatlara görə, yük maşını dayanacağı yanıb.
Voronejdə də dron hücumu baş verib. Wildberries anbarının yaxınlığında partlayışlar müşahidə olunub.
Xatırladaq ki, dünən gecə Rusiyanın Krasnodar şəhərində və Stavropol diyarının Nevinnomıssk şəhərində dron hücumları nəticəsində böyük Wildberries logistika mərkəzləri yanıb.
Əziz Mustafa

















.jpg-2.jpg)

























.jpg)







































