Bolqarıstan Hərbi Dəniz Qüvvələri Qara dənizdə naməlum pilotsuz təyyarəni məhv edib
Bolqarıstan Hərbi Dəniz Qüvvələri Qara dənizdə patrul xidməti zamanı qanadı qırıq olan sürünən pilotsuz təyyarə ilə qarşılaşıb. Komandanlıq təhlükəli ttəyyarənin məhv edilməsini əmr edib.
Bu barədə Oxuməni.az Sofia Globe-a istinadən məlumat verib.
Bolqarıstan Müdafiə Nazirliyinin məlumatına görə, pilotsuz təyyarə 21 iyulda Ahtopol şəhərindən təxminən 21 dəniz mili şərqdə aşkar edilib. Onu Burqas limanında üzən dəniz mina əleyhi qruplar aşkar edib.
Taktiki qrup komandiri obyekti yoxlamaq üçün Türkiyənin Akçay mina gəmisini göndərib. Dalğıclar suda sürünən qanadı qırıq olan pilotsuz uçuş aparatı (PUA) aşkar ediblər.
Sualtı yoxlama zamanı gövdədə heç bir sursat tapılmadı. Lakin hərbçilər içəridə partlayıcı maddələrin olması ehtimalını istisna etmədikləri üçün PUA-nı məhv etmək qərarına gəldilər.
Əməliyyat davam edərkən Bolqarıstan minaaxtaranı Struma və Rumıniya minaaxtaranı Dumitresku ərazidə patrul xidməti göstərərək mülki gəmiləri istiqamətləndirdilər. Bundan əlavə, yaxınlıqdakı gəmilərə potensial təhlükə barədə xəbərdarlıq edildi.
Dalğıcların hesabatından sonra Bolqarıstan Hərbi Dəniz Qüvvələrinin mina əleyhinə tədbirlər qrupunun komandiri kapitan Petar Dimitrov PUA-nın məhv edilməsinə icazə verdi. Əməliyyat uğurlu oldu.
Bu, Qara dənizdə ilk belə hadisə deyil. Bir gün əvvəl Türkiyə sahillərində partlayıcı maddələr olan zədələnmiş PUA aşkar edildi.
Yoxlamadan sonra bomba zərərsizləşdirmə mütəxəssisləri onu idarə olunan partlayışla məhv etdilər.
Əziz MUSTAFA














.jpg-2.jpg)




















.jpg)















































