Özbəkistan vətəndaşı qanunsuz miqrasiya təşkil etdiyinə görə Polşadan qovulub

Özbəkistan vətəndaşı qanunsuz miqrasiya təşkil etdiyinə görə Polşadan qovulub

16:23
Bəyəndim (0) Bəyənmədim (0)


Polşa qanunsuz miqrasiyanın təşkilində iştirak edən Özbəkistan vətəndaşını Belarusdan qovub. O, ictimai təhlükəsizliyə və asayişə təhdid etdiyinə görə ölkədən qovulub. Həmin şəxsə Polşaya və Şengen zonasına 10 il müddətinə giriş qadağan edilib.

Oxuməni.az bu barədə Polşa Nadbużany Sərhəd Mühafizə İdarəsinin açıqlamasına istinadən xəbər verib. Açıqlamada bildirilir ki, Belarusdan qanunsuz miqrasiyanın təşkilində iştirak edən Özbəkistan vətəndaşı Polşadan qovulub.

Şəxs Lüblin şəhərindəki nəzarət məntəqəsində sənəd yoxlaması zamanı saxlanılıb. O, əvvəllər Zamoçdakı islah müəssisəsində həbs cəzası çəkib.

Özbəkistan vətəndaşı qanunsuz miqrantların Polşa-Belarus sərhədindən Polşanın dərinliklərinə daşınmasını təşkil edib və bundan "əhəmiyyətli maliyyə qazancı" əldə edib.

Məlumatda deyilir: "Əcnəbinin Polşada qalması Polşada ictimai təhlükəsizliyə və asayişə təhdid yaratdığı üçün onun ölkədən qovulması barədə qərar qəbul edilib".

Onun Polşaya və Şengen zonasına girişi 10 il müddətinə qadağan edilib.

Əziz Mustafa