Zelenski Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı vəzifəsinə Mixail Drapatını təyin edib

Zelenski Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı vəzifəsinə Mixail Drapatını təyin edib

10:29
Bəyəndim (1) Bəyənmədim (0)

Ukrayna Prezidenti Volodimir Zelenski general-mayor Mixail Drapatının Ukrayna Silahlı Qüvvələrinin (USQ) yeni baş komandanı olacağını elan edib. Oxuməni.az xəbər verir ki, o, bu barədə çərşənbə axşamı, Telegram kanalında yayımlanan axşam video müraciətində bildirib. Drapatı 2025-ci ilin iyun ayından etibarən USQ-nin Birləşmiş Qüvvələrinə rəhbərlik edirdi. "Hamımızın bir arzusu var - düşmən üzərində qələbə çalmaq və cəbhədə elə şərait yaratmaq, Rusiyaya elə təzyiq göstərmək ki, bu, Rusiyanı sülhə məcbur etsin. Sabah bütün qərarları rəsmiləşdirəcəyik", - deyə Zelenski vurğulayıb.

Dövlət başçısının sözlərinə görə, qərar Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının gələcək konfiqurasiyası və ordunun gələcək inkişafı ilə bağlı müzakirələrdən sonra qəbul edilib. Zelenski Aleksandr Sırskiyə xidmətinə görə təşəkkür edib. "Fakt budur ki, Aleksandr Sırski Kiyevin müdafiəsində, Xarkov hücum əməliyyatında və Kursk əməliyyatında Ukraynanın nəticələrini təmin edib. Böyük bir yol keçilib, Ukraynanın müdafiəsi davam edir", - deyə Ukrayna prezidenti vurğulayıb.

43 yaşlı Drapatı 2016-cı ildə "Ukraynanın Xalq Qəhrəmanı" ordeni ilə təltif edilib. O, hərbi xidmətə 72-ci ayrı mexanikləşdirilmiş briqadada taqım komandiri vəzifəsində başlayıb.

"Bloomberg"in mənbələrinə görə, Sırskini əvəz etmək üçün 11 namizəd nəzərdən keçirilirdi. Ən ehtimal olunan namizəd kimi daha əvvəl USQ-nin Birləşmiş Qüvvələrinə rəhbərlik etmiş Mixail Drapatı göstərilirdi.

Almaz Həsənli